
2015/16 mövsümündən Çempionlar Liqası və Avropa Liqasında yeni texnologiyadan istifadə edilə bilər. Sportnet.az-ın məlumatına görə, qol xətti texnologiyasının AVRO-2016-nın final mərhələsindən də istifadə edilməsi gözlənilir.
Lakin bu sistemin istifadə olunub-olunmayacağına yanvarda qərar veriləcək. UEFA-nın baş katibi Gianni İnfantino xətt texnologiyası ilə bağlı fikirlərin müsbət olduğunu deyib. Üstəlik qurumun İcraiyyə Komitəsi də məsələyə müsbət rəy verib.










































































