
Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək "Neftçi" - AZAL oyununun biletləri bu gün satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletlərin qiyməti 1 manatdır.
VİP yerlər üçün qiymət isə 10 manatdır. Biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, dekabrın 17-də "Bakcell Arena"da keçiriləcək oyun saat 17:00-da başlanacaq.








































































