1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Oyunun ədalətli nəticəsi 2:2 olardı"
"Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov "İnter"ə evdə 0:2 hesabı ilə yenildikləri Azərbaycan Premyer Liqasının XVII tur matçının ardından deyib.
Həsənovun fikrincə, oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olardı: "Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda "İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq".
Baş məşqçinin fikrincə, "Rəvan"ın oyununda irəliləyiş var: "Futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, "İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.
Qeyd edək ki, "Rəvan"ın ardıcıl 5 oyunluq məğlubiyyətsizlik seriyasına "İnter" son qoyub.