Azərbaycan Premyer Liqasının qış fasiləsində istirahəti başa vuran "Kəpəz" məşqləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, dünən Yevlaxda bir araya gələn komanda üzvləri bu gündən hazırlığa başlayıb.
Futbolçular səhər və axşam olmaqla gündə iki məşqə çıxır. "Sarı-göylər" yanvarın 18-nə kimi bu rayonda qalacaq. Yevlax toplanışında məşqçilər korpusu futbolçuların fiziki hazırlığına diqqət ayıracaq.
Qeyd edək ki, əsas komanda ilə yanaşı, "Kəpəz"in əvəzedici heyəti də Yevlaxda təlim-məşq toplanışındadır. Hər iki komanda birlikdə hazırlıq keçir.