
Avropa Liqasının II təsnifat mərhələsinin təkrar qarşılaşması çərçivəsində keçiriləcək "Şiroki Briyeq" - "Qəbələ" oyununun baş hakimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Bosniya və Herseqovinada ədaləti slovakiyalı referi Vladimir Vnuk qoruyacaq.
İyulun 8-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Qəbələdə baş tutan ilk görüşdə "Şiroki Briyeq" 0:2 hesablı qələbə qazanıb.