
Avropa Liqasının I təsnifat mərhələsinin təkrar görüşü çərçivəsində baş tutacaq "İnter" - "Tiraspol" qarşılaşmasında Elvin Məmmədov iştirak edəcək. Bu barədə Sportnet.az-a Azərbaycan vitse-çempionunun prezidenti Georgi Nikolov məlumat verib.
Bolqarıstanlı funksioner mərkəz yarımmüdafiəçisinin zədə aldığını təsdiqləsə də, ciddi problemin olmadığını da bildirib: "Elvin məşqdə ayağını yüngülvari əzib. Ancaq maraqlandım, heç bir problem yoxdur. O, komandamızın aparıcı simalarından biridir və "Tiraspol"la görüşdə forma geyinəcək".
Qeyd edək ki, "İnter" - "Tiraspol" qarşılaşması iyulun 10-da saat 21:00-da başlayacaq.