Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun son 2 oyunu keçirilir. Sportnet.az-ın məlumatına görə, Gəncədə "Kəpəz" AZAL-ı, Bakıda isə "İnter" "Qəbələ"ni qəbul edir.
İlk qarşılaşmanı qaliblərin, ikincisini isə məğlubların dueli kimi də xarakterizə etmək olar. Bu görüşlər həm də yerli və əcnəbi mütəxəssislərin bir-birinə qarşı mübarizəsi kimi diqqət çəkir. AZAL əvvəlki 6 oyunda uduzmayıb, üstəlik qapısında qol görməyib. Amma bu dəfə qapısından 2 cavabsız top buraxan "təyyarəçilər" oyunu 10 futbolçu ilə başa vurub.
"Qəbələ" isə 5 turdan sonra qalib gəlməyi bacarıb. Sonuncu dəfə XV turda səfərdə "Xəzər Lənkəran"ı məğlub etmiş "qırmızı-qaralar" yenə minimal hesabla "İnter"i yenib.
"Kəpəz" ötən tur "Qəbələ"ni 3:0, AZAL isə "Qarabağ"ı 1:0 hesabı ilə yenib. "qırmızı-qaralar" isə "Zirə"yə 1:2 hesabı ilə yenilmiş "İnter"ə müqavimət göstərməyə çalışacaq.
Azərbaycan Premyer Liqası, XX tur
13:30. "Kəpəz" - AZAL - 2:0
Qol: Budaq Nəsirov, 27. Julien Ebah, 86
Qırmızı vərəqə: Tagim Novruzov, 88 (AZAL)
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Gəncə şəhər stadionu
Hakim-inspektor: Füzuli Nəcəfov
17:30. "İnter" - "Qəbələ" - 0:1
Qol: Ermin Zets, 18
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Nail Nağıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena”