1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid Hüseynov: "Bunun haqqını kim ödəyəcək?"
Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynov ifadə verib.
O, digər təqsirləndirilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəni təkrarlayıb: "Mən bütün Azərbaycan xalqına sübut edəcəyəm ki, günahsızam. "6 aydır günahsız yerə həbsdəyəm, bunun haqqını kim ödəyəcək? Mən burda haqqımı almasam, Allah qarşında haqq qazanacağam”.
Onun vəkili Adəm Məmmədov iki vəsatətlə çıxış edib. Vəkil jurnalistlərin məhkəmədə iştirak etməsinin təmin edilməsini, dövlət tərəfindən təyin edilmiş vəkilin məhkəmədə iştirakına xitam verilməsini istəyib. Hər iki vəsatət təmin edilib.
Növbəti proses fevralın 24-nə təyin olunub.