1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sergeyev millimizlə oyunda ən böyük təhlükədən danışdı
Rusiya yığmasının futzalçısı Sergey Sergeyev Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan millisi üzərində qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli oyunçu 6:2 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, çətin anlar yaşadıqlarını gizlətməyib.
Sergeyev ən böyük təhlükə ilə yığmamız qapıçını sahə oyunçusuyla əvəzlədikləri zamanı üzləşdiklərini bildirib: "Ən böyük təhlükə 5-in 4-ə oyun zamanı oldu. Təəssüf ki, biz özümüz Azərbaycan yığmasına qapımız qarşısına əks-hücumlar etməyə imkan yaratdıq. Bunu aradan qaldırsaydıq, onda, məncə, oyun az əsəbi alınardı. Azərbaycanla matçda hansısa nöqsanlarımız olurdu. Bu mərhələdə qələbənin səviyyə fərqi üzərində əldə olunduğunu demək olmaz. Bütün komandalar sübut etdilər ki, futbol oynamağı bacarırlar. Biz hər matçda bütün gücümüzü qoyuruq. Buna görə rəqibin qiymətləndirməmək deyilən heç bir yox idi”.
Qeyd edək ki, bir vaxtlar yığmada kapitan sarğısını da daşımış Sergey Sergeyev millimizlə 3 il öncə dünya çempionatının "pley-off" mərhələsi oyunlarında da iştirak edib.