1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin zədəlilərindən yeni xəbər
"Qəbələ” komandası Azərbaycan Premyer Liqasında XXI turun "Sumqayıt”la oyununun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" XX turun fevralın 7-də keçirilən "İnter”lə səfər qarşılaşmasında 1:0 hesablı qələbənin ardından məşq etdikdən sonra bir günlük istirahətdə olublar.
Komanda üzvləri Qəbələ şəhər stadionunda bir araya gəliblər. Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Futbolçular əvvəlcə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində yalnız zədəli Aleksey Antonov iştirak etməyib. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komandadan ayrı məşq edib. XIX turun "Kəpəz”lə Gəncədəki matçında zədələnərək, əvəzlənən Sergey Zenyov 10 günlük fasilədən sonra kollektiv çalışmalara qatılıb. Estoniyalı futbolçu komanda ilə birlikdə mövsümün ilk ev oyununa hazırlaşıb. "Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında baş tutacaq.
Qeyd edək ki, "Qəbələ” – "Sumqayıt” oyunu fevralın 14-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 17:30-da çalınacaq.