1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xaqani Məmmədovdan radikal qərar
AFFA Hakimlər Komitəsi radikal addım atıb. Sportnet.az-ın məlumatına görə, 3 baş hakimi cəzlandıran komitə artıq ardıcıl ikinci turdur eyni referilərə təyinat verir.
Sədr Xaqani Məmmədov FİFA referiləri Orxan Məmmədovla Əliyar Ağayevi yenə heç bir oyuna göndərməməyi qərara alıb.
Eyni zamanda sabiq beynəlxalq dərəcəli hakim Fariz Yusifov da yenə təyinatsız qalıb. Əvəzində Rəhim Həsənov "Neftçi" və "Xəzər Lənkəran" arasındakı "Böyük oyun"u idarə edəcək. Həsənov son turda "İnter" - "Qəbələ" matçına təyinat alıb.
Turun mərkəzi matçı sayılan "Kəpəz" - "Qarabağ" qarşılaşmasını idarə edəcək gənc referi Ömər Paşayev XX həftədə "Sumqayıt" - "Zirə" maçtında fit çalıb. Ötən tur "Neftçi" - "Rəvan" oyununun baş hakimi olan Elvin Əsgərov bu dəfə AZAL - "İnter" matçını idarə edəcək. XX turda "Qarabağ" - "Xəzər Lənkəran" oyununda meydana çıxan İnqilab Məmmədov "Zirə"nin "Rəvan"la ev oyununda tər tökəcək. "Qəbələ" - "Sumqayıt" oyununa təyinat alan Rəvan Həmzəzadə isə ötən həftə "Kəpəz" - AZAL görüşündə olub.
Qeyd edək ki, Orxan Məmmədov axırıncı dəfə mövsümün ilk yarısında son turun "Sumqayıt" - "Rəvan" görüşündə baş hakim olub. Əliyar Ağayevlə Fariz Yusifov isə müvafiq olaraq, XIX turun "Neftçi" - "Sumqayıt" və "Kəpəz" - "Qəbələ" matçlarını idarə edib.