"Neftçi" klubu sabiq futbolçusu Emil Mpenzaya olan borcun ödənilmə məsələsində razılığa gəlib. Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, belçikalı sabiq hücumçu ilə danışıqlar müsbət nəticələnib.
Bu gün borcun ödənilməsi ilə bağlı FİFA-nın qoyduğu müddət bitirdi. Gecə saatlarında isə Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Neftçi"nin Emil Mpenzaya 1 milyon dollaradək borcu var. Beynəlxalq Arbitraj Məhkəməsi həmin borcun ödənilməsinə dair FİFA-nın qərarını qüvvədə saxlayıb. Borc ödənilməsə, klub Avrokuboklara vəsiqədən məhrum edilə bilər.