1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Böyük oyun"da faciəvi ildönümü
"Neftçi"nin bu gün "Xəzər Lənkəran"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XXI tur matçı faciəvi hadisənin ildönümünə təsadüf edəcək. Sportnet.az-ın məlumatına görə, 2010-cu ilin bu günündə Yevlavda "Karvan"la oyundan qayıdarkən, paytaxt klubunun əməkdaşları avtomobil qəzasına düşüblər.
Şamaxı - Bakı yolunda Cəngi dərəsi adlanan ərazidə "Neftçi"nin hazırkı icraçı direktorunun müavini Mübariz Xudiyevin idarə etdiyi maşın sürüşüb və yoldan çıxaraq, dərəyə aşıb. Nəticədə klubun mətbuat xidmətinin əməkdaşları Alim Məmmədovla Vahid Həmidov dünyasını dəyişib.
Qəzada sağ qalan və bir müddət öncə komandadan göndərilən Dadaş Zeynalov sosial şəbəkədə "Görəsən, "Xəzər Lənkəran"la oyunda rəhmətliklər anılacaqmı?" deyə status yazıb. "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov isə bildirib ki, oyun zamanı belə bir anım tədbiri nəzərdə tutulmayıb.
Qeyd edək ki, klubun rəsmi saytı Alim Məmmədovla Vahid Həmidovun ölümündən 6 il ötməsi ilə əlaqədar anım mətni yayımlayıb.