1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əsgər Abdullayev: "Belə futbolçular cəzasını alır"
"Bu iki komandanın arasında əhmişə gərgin oyun keçir. Baxmayaraq ki, rəqibdə böyük dəyişikliklər var. Amma "Xəzər Lənkəran" bu gün çox istəkli görünürdü". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Ə.Abdullayev "Xəzər Lənkəran"la oyunda qeydə alınan 1:0 hesablı qələbəni belə şərh edib: "Futbolçulara geniş oynamaq, oyunu cinahdan qurmaq tapşırığı verilmişdi. Bizdə bəzi problemlər nədədir? Hücumda sırf hücumçunun olmaması bizə problem yaradır. Çalışdıq ki, gənclərdən Mirabdullanı ora qoyaq. Bu baxımdan bir az problemlər var. İkinci hissədə bəzi dəyişiklər etdik və 3-5-2 sisteminə keçdik. Axırda istədiyimizə nail olduq".
Baş məşqçi Cavid İmamverdiyevin əvəzlənərkən əsəbləşməsinə münasibət bildirib: "Mən elə şeylərə fikir vermirəm. Hər bir futbolçu birinci nəyisə özündə axtarmalıdır. Nə vaxt hansısa futbolçu oynamasa, o dəyişilməlidir. Əlbəttə belə cəhətlərinə görə, ya cəzalanmalı, ya da belə şeylər olmamalıdır. Cavid öz işinə ciddi yanaşarsa, daha yaxşı oyun sərgiləyə bilər. Yaxşı potensialı var. Elşən Abdullayev qol vuranda formasını çıxardı. Belə futbolçular cəzasını alır".
O, klubun danışıq apardığı Nikolas Kanalesdən də söz açıb: "Kanales bu komandada oynayıb və yaxından bələddir. Onun oyununu da görmüşəm. Hələ onunla söhbət gedir. Alınsa, komanda üçün yaxşı olacaq".