Azərbaycanda 16 yaşlı futbolçu oyun zamanı hakimlər briqadasına hədə-qorxu gəlib. Sportnet.az-ın məlumatına görə, xoşagəlməz olay U-16 Liqasının "Sumqayıt” – "Zirə” matçı başa çatdıqdan sonra baş verib.
Hakimləri hədələyən şəxs meydan sahiblərinin 2000-ci il təvəllüdlü oyunçusu Vaqif Həsənov olub. AFFA İntizam komitəsi onu 5 oyunluq cəzalandırıb. "Sumqayıt" klubundan "Report"a bildirilib ki, hazırda məsələ araşdırılır.
Qeyd edək ki, Vaqif Həsənov 23 sentyabr 2000-ci ildə dünyaya gəlib. O, Sumqayıtdakı orta məktəblərdən birində təhsil alır.