"Rəvan" üzərində qələbənin ertəsi "Zirə"lilər növbəti dəfə sevinc hissləri yaşayıblar. Sportnet.az-ın məlumatına görə, "qartallar" bütün komandayla Sumqayıt şəhərində yerləşən şadlıq saraylarından birinə toplaşıblar.
Bütün heyət gənc yarımmüdafiəçisi Tərzin Cahangirovun toy mərasimində iştirak edib. Futbolçunu şad günündə yalnız buraxmayan komanda yoldaşları arasında daha çox nigeriyalı Çimenze Mbah öz rəqsi ilə diqqə çəkib.