1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ruslan Abışov məşqlərə başladı
Azərbaycan Premyer Liqasının XXII turunda "Rəvan"la qarşılaşacaq "Qəbələ" oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, ötən tur "Sumqayıt"la ev matçının (1:0) sabahısı hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" Qəbələ şəhər stadionunda məşqə çıxıb.
Hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komanda ilə birlikdə ilk məşqinə çıxıb.
"Qəbələ" növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Rəvan" - "Qəbələ" oyunu fevralın 21-də keçiriləcək. "Bayıl Arena"da baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.