"Qələbə münasibətilə bizə inananları, dostları, azarkeşləri təbrik edirik. Vacib qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunun "İnter"in futbolçusu Nizami Hacıyev deyib.
Azərbaycan Premyer Liqasında "Kəpəz"lə Bakıda keçirilmiş oyunda vurduğu qolla komandasına qələbə qazandıran Hacıyev komandada həyacan olduğunu bildirib: "Beşinci yerə enmişdik. Psixoloji durumumuz çox ağır idi. Bu gün qələbə qazandıq və bunun üçün əlimizdən gələni etdik. Qolu kimin vurmasının fərqi yoxdur. Önəmlisi, üç xal idi. Bu, hamımızın əziyyətidir".
Dünən qız övladı dünyaya gələn yarımmüdafiəçi vurduğu qolu ona həsr etdiyini söyləyib: "Qolu komanda yoldaşlarımızla ona həsr etdik. Bu qolu mən vurdum. Qol qızıma kiçik də olsa, hədiyyədir".
O, növbəti turda "Qarabağ"la keçiriləcək oyun haqda da fikirlərini söyləyib: "Gələn oyun "Qarabağ"a qarşı oynayacağıq. Ağır oyun olacaq. Amma nə edək? Bu, çempionatdır. Hər bir oyuna hazır olmalıyıq. Bizim üçün rəqibin fərqi yoxdur. Əlimizdən gələni edib qarşımızdakı məqsədə çatmalıyıq".