"Sumqayıt" futbolçusu Vaqif Cavadovu Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən AZAL-la oyunda meydana buraxmayıb. Sportnet.az-ın məlumatına görə, oyunun startına az vaxt qalmış futbolçunun adı iştirak ərizəsindən çıxarılıb.
Bunnun səbəbi isə 27 yaşlı yarımmüdafiəçinin bədən tempraturunun yüksək olmasıdır. Cavadovun əvəzinə Ayaz Mehdiyevin adı siyahıya əlavə olunub.
Qeyd edək ki, hazırda davam edən matçda "Sumqayıt" 2:0 hesabı ilə qalib gəlir.