Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada fərqlənib. Sportnet.-azın məlumatına görə, bu ölkənin Regional Liqa təmsilçisi "Germania Halberstadt”ın şərəfini ötən ildən qoruyan 25 yaşlı hücumçu son turda etdiyi dublla komandasına səfər qələbəsi (2:1) qazandırıb.
Şimal-şərq zonasında çıxış edən Dadaşovun komandası "Meuselwitz”in qonağı olub. Rüfət oyunun 51 və 81-ci dəqiqələrində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Dadaşov millimizdə almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.










































































