Türkiyə çempionu “Qalatasaray” yeni mövsüm üçün heyət planlamasına start verib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi uzun müddətdir maraqlandığı “Benfika”nın müdafiəçisi Antonio Silvanın transferində mühüm mərhələyə keçib.
22 yaşlı portuqaliyalı futbolçu klubuyla yeni müqavilə danışıqlarında razılığa gələ bilməyib və ayrılmaq qərarı verib.
Müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq Silvanı pulsuz itirmək istəməyən “Benfika” isə onu satış siyahısına çıxarıb.
Portuqaliya klubunun gənc stoper üçün 20 milyon avro tələb etdiyi bildirilir. Futbolçunun durumunu yaxından izləyən “Qalatasaray”ın yaxın günlərdə rəsmi addım atacağı gözlənilir.
PSJ-nin də Antonio Silva ilə maraqlandığı iddia olunsa da, Fransa klubunun hələlik rəsmi təşəbbüsü olmayıb. Daha çox oyun praktikası qazanmaq istəyən futbolçunun isə “Qalatasaray”a keçidə müsbət yanaşdığı vurğulanır.
Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Antonio Silva Portuqaliya millisinin də üzvüdür. O, yığmanın heyətində indiyədək 20 oyunda meydana çıxıb.












































































