Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Mərasimdə Peşəkar Futbol Liqasının, Premyer Liqanın 11-cisi “Qəbələ”nin və I Liqanın son turunda 2-ci yeri tutan “Mingəçevir”in nümayəndələri iştirak ediblər. Püşkatmaya əsasən “Qəbələ” nominal meydan sahibi olub.
PFL-in qərarına əsasən, Premyer Liqa uğrunda pley-off oyunu 28 may tarixində Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 18:30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.













































































