İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenin taleyinə aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, ingiltərəli futbolçu “şəhərlilərlə” yeni müqavilə imzalayıb.
Sözləşmə 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Sazişə əsasən, Mançester təmsilçisi oyunçunun müqaviləsini 1 illik uzatma maddəsi var.
Qeyd edək ki, Fil Foden "Mançester Siti" yetirməsidir.
















































































