Azərbaycan Premyer Liqasının XXXI turund "Sumqayıt" evdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç oyun haqda fikirlərini bölüşüb:
"İlk növbədə oyunçularımızı və azarkeşlərimizi təbrik edirəm. Maksiumum istək göstərdik və qələbə qazandıq. İlk hissədə yaxşı çıxış etdik. Lakin ikinci hissədə rəqib üstünlüyü ələ aldı. Sevinirəm ki, son saniyələrədək xarakter göstərdik və qələbə qolunu vura bildik."


















































































