1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Daşdəmirov: “O, hiss edirdi ki, qol vuracağam” - MÜSAHİBƏ
"Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun Sportnet.az-a müsahibəsi
- "Rəvan”la oyunda qazanılan qələbəni necə şərh edərdin?
- Düzü, çətin qələbə qazandıq. Çox ağır idi oynamaq. "Rəvan” gənc komandadır. Gənc futbolçuların hər biri özlərini sebüt etmək istəyirlər ki, kimdənsə zəif deyillər. Üstəlik, "Qəbələ”yə qarşı oyunlarda köklənmə tam başqa cür olur. Buna görə rəqib xal qazanmaq üçün çox çalışdı. Bizim də qarşımızda vəzifə durur ki, hər oyunda qalib gəlib xal ehtiyatımızı artıraq, turnir cədvəlində də daha yüksələk.
- Bu, "Qəbələ”də ilk qolun idi...
- Bəli. Daha öncə oynadığım "İnter”də qol vurmuşdum. Sevinirəm ki, "Qəbələ”də də fərqləndim, komandama qələbə qazandırdım, meydanda faydam dəydi. Buna görə komanda yoldaşlarıma minnətdaram.
- Adətən, qol daha çox hücumçulardan, yarımmüdafiəçilərdən gözlənilir. Ancaq bu dəfə qələbə topu cinah müdafiəçisindən gəldi...
- Kimin qol vurmasından asılı olmayaraq əsas odur ki, komanda qalib gəlsin. Bütün ön xətt oyunçularımız bunun üçün çalışdılar. Onların da fərqlənmək imkanları oldu. Hardasa bəxtlərinin gətirməməyi onları çətin vəziyyətə qoydu. Komanda qalib gəldi, kim fərqlənməyi vacib deyil.
- Qoldan sonra masajçınız Namiq Hüseynovun üstünə qaçaraq onu qucaqladın. Bu, nə ilə bağlı idi?
- Namiq mənə deyirdi ki, qol vurmalısan, "İnter”də fərqlənirdin. Bunu mənə artıq neçənci dəfədir deyirdi, məni kökləyirdi. Hiss edirdi ki, qol vuracağam. Mən də qolumu ona həsr edirəm.
- "Qəbələ” ardıcıl 3 oyundur meydanı qalib tərk edir. Belə demək olarmı ki, artıq uğursuzluq zolağı arxada qaldı və komanda əvvəlki formasını yığıb?
- Bəli, öz oyunumuzu "tutmuşuq”. Ancaq istənilən halda, çox çalışmaq lazımdır. Hələ də xırda səhvlərimiz var və bunun üzərində işləməliyik. Daha yaxşı oynamağımız lazımdır.
- Lider "Qarabağ”la 10 xal fərqi qalır. Hansı yeri hədəf almalısınız?
- Qarşımızda hələ mövsümün əvvəlindən çempionluq vəzifəsi durur. Bizdən nə tələb olunursa, yerinə yetirməyə, "Qarabağ”a çatmağa çalışacağıq. Bunun heç də asan olmayacağı aydındır. Hər halda, xal ehtiyatımızı maksimum artırmağı davam etdirməliyik.
Mehman SÜLEYMANOV