
"Çətin oyun keçdi. İstədiyimizi sərgiləyə bilmədik". Bunu Sportnet.az-a açıqlamasında Moldova "Tiraspol"unun futbolçusu Ademar deyib.
"Bakı"nın yarımmüdafiəçisi Xavyer Juniorun qardaşı "İnter"lə Avropa Liqasının I təsnifat mərhələsindəki cavab görüşündə 1:3 hesablı məğlubiyyətə təəssüfləndiyini bildirib. Bununla yanaşı, 29 yaşlı oyunçu "bankirlər"i güclü komanda adlandırıb.