
Muntyanu səfər oyununa bir məqsədlə gəldiklərini vurğulayıb: "İki oyunun nəticəsinə görə "Şiroki Briyeq” ədalətli olaraq növbəti mərhələyə vəsiqə qazandı. Nəticəni öz xeyrimizə dəyişmək istəyirdik. Əfsuslar olsun ki, ilk hissədə buraxdığımız səhvlər iki qolla nəticələndi. Bizim də 4 əlverişli qol epizodumuz oldu. Lakin bunlardan istifadə edə bilmədik. Bunlardan başqa xüsusi qeyd olunacaq bir şey yoxdur. Bir daha rəqibi növbəti mərhələyə çıxdıqlarına görə təbrik edirəm".
Qeyd edək ki, "Qəbələ" ilk matçda da rəqibinə məğlub olub - 0:2.