1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PSV evdə mütləq qalib gəlir, “Atletiko” səfərdə məğlubedilməzdir
Püşk Hollandiyanın PSV və İspaniyanın "Atletko” klublarını Çempionlar Liqasında (ÇL) ikinci dəfə görüşdürür. Sportnet.az-ın məlumatına görə, adıçəkilən komandalar bu dəfə 1/8 final mərhələsində rəqibdirlərsə, 2008/2009 mövsümündə eyni qrupda mübarizə aparıblar.
Madridlilər bu gün çıxacaqları stadionda böyükhesasblı qələbə (3:0) qazanmışdılar. PSV səfərdə də məğlubiyyət acısı dadmışdı – 1:2. Eyndhoven təmsilçisi 2006/2007 mövsümündən bu yana ilk dəfə ÇL-in pley-off mərhələsində iştirak edir. PSV sonuncu 1/8 finalında "Arsenal”dan üstün olsa da (evdə 1:0, səfərdə 1:1), növbəti mərhələdə digər İngiltərə klubuna - "Liverpul”a yenilmişdi: evdə 0:3, səfərdə 0:1.
Filip Kokunun komandası qrupda öz meydanında yüzfazili nəticə göstərib. "Mançester Yunayted”lə Moskva MOİK-i Eyndhovendə 1:2, "Volfsburq” 0:2 hesabı ilə məğlub olub. PSV ispanlarla ev oyunlarında da müsbət balansa malikdir – 12 oyun, 4 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət. Bu komandanı avrokuboklarda onun meydanında məğlub edən yeganə İspaniya komandası "Barselona”dır. Ancaq bu, uzaq 90-cı illərdə olub. Kataloniya təmsilçisi ÇL-in 1994/1995 mövsümünün 1/4 final mərhələsinin Eynhovendəki cavab matçında 3:2 hesablı qələbə sayəsində (ilk oyun 2:2) yarımfinala vəsiqə qazanmışdı.
"Atletiko” qrupda səfər oyunlarında məğlubedilməz olub. Dieqo Simeonenin komandası "Qalatasaray”la "Benfika”nı rəqib meydanında müvafiq olaraq 2:0 və 2:1 hesabları ilə yenmiş, "Astana” ilə Qazaxıstanda qolsuz bərabərliyə qalmışdı. Mardridlilər ötən mövsüm 1/8 finalda oyunsonrası penaltilərlə qalib oldu. Onda da ilk matçını səfərdə - Almaniyada "Bayer” ilə keçirən "Atletiko” 0:1 hesablı məğlubiyyətin əvəzini öz meydanında həmin hesabla çıxa bildi. Ancaq 1/4 finalda "Real”ı 2 il il öncə ÇL-in finalında olduğu kimi üstələmək mümkün olmadı. Madrid derbisində "Visene Kalderon”da qolsuz bərabərlik, "Santyaqu Bernabeu”da isə meydan sahiblərinin 1:0 hesablı qələbəsi qeydə alındı. Hollandiyadakı oyunlarda mənfi balansa malik olan "Atletiko” bu ölkənin klubları ilə iki oyundan ibarət 4 duelin hamısından məğlub ayrılıb. Ümumilikdə isə madridlilər Hollandiya klubları ilə keçirdiyi 10 matçın yarısında qalib gəlib, 1-də heç-heçə edib, 4-də uduzub.
Onu da bildirək ki, Koku ilə Simeone həmyaşıddırlar – hər ikisi 1970-ci il təvəllüdlü. Dieqo holland həmkarından 6 ay böyükdür. Onlar baş məşqçi kimi ilk dəfə görüşəcəklərsə, futbolçu kimi 1998-ci il Fransadakı dünya çempionatının 1/4 finalında rəqib olublar. Onda Marseldə keçirilən maçtda Kokulu Hollandiya yığması Simeoneli Argentina millisinə 2:1 hesabı ilə qalib gəlmişdi.
Koku "Barselona”da oynadığı zamanı "Atletiko” ilə səfər matçında antiqəhrəman olub. Bu, 2003-cü ilin sentyabrında qırmızı vərəqə aldığı oyundur. Filip "Atletiko”ya qarşı keçirdiyi 6 oyunda hər bir nəticəni 2 dəfə görüb.
Mehman SÜLEYMANOV