Azərbaycan Premyer Liqasının XXIII turunda "Xəzər Lənkəran”ı qəbul edəcək "Qəbələ” qarşılaşmanın hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.
Hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun komandası əvvəlcə fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər.
"Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qəbələ” – "Xəzər Lənkəran” oyunu fevralın 27-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.