"Qəbələ" klubu AFFA İcraiyyə Komitəsi üzvlüyünə heç bir namizəd irəli sürməyəcək. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov açıqlama verib.
Onun sözlərinə görə, klub prezidenti Tale Heydərovun AFFA rəhbərliyində yer alacağına dair xəbərlər həqiqətə uyğun deyil: "Tale müəllim nə AFFA prezidentliyinə, nə də İcraiyyə Komitəsinə namizəd olacaq".
Qeyd edək ki, AFFA-nın Hesabat Seçki Konfransı martın 11-də Bakıdakı "Hilton" otelində keçiriləcək.