1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL I Divizion klubuna uduzdu
Yeni mövsümün hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində 3-cü oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər" dünən "AZAL Arena"da I divizion təmsilçisi "Neftçala” ilə qarşılaşıb.
Baş məşqçi Tərlan Əhmədovun əsasən düşərgədə olan bütün yeni futbolçuları sınamaq istədiyi görüş gərgin idman mübarizəsi şəraitində keçib. Ancaq Şüvəlan təmsilçisi 2 top buraxdıqdan sonra yalnız fərqi azaltmağa müəssər olub. 53-cü dəqiqədə Təmkin Xəlilzadənin ötürməsini Aydın Qasımov dəqiq tamamlayıb. Buna baxmayaraq, məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Baş məşqçi Tərlan Əhmədov bu görüşdə yeni transferləri Valeri Kutsenko, Hüseyn Mehrəzman və Vladislav Çeçelenkonu da meydana buraxıb.
AZAL "Neftçala" ilə görüşə bu heyətlə çıxıb: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 65), Tural Nərimanov, Asif Mirili (Kərim Diniyev, 58), Xuan Fransisko Martines (Şəhriyar Rəhimov, 46), Valeri Kutsenko, Valid Xadraui (Orxan Lalayev, 36), Hüseyn Mehrəzman (Elmin Çobanov, 36), Aydın Qasımov, Təmkin Xəlilzadə, Vladislav Çeçelenko (Viktor İbekoyi, 36).
Qeyd edək ki, AZAL bundan öncə Azərbaycan tələbələr yığmasını və "Rəvan”ı 3:0 hesabı ilə məğlub edib. Tərlan Əhmədovun başçılıq etdiyi komanda Bakı toplanışı çərçivəsində sonuncu oyununu iyulun 13-də keçirəcək. Bu görüşdəki rəqib isə hələ dəqiqləşməyib.