1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"də itkilər
"Maraqlı və gərgin oyun olacaq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bu gün "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII tur matçı öncəsi jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis rəqib rəqib haqda da danışıb: "Bizi asan oyun gözləmir. "Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik”.
Diniyev oyuna itkilərlə hazırlaşdıqlarını və hazırda futbolçulardan bəzilərinin tam sağalmadıqlarını bildirib: "Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.
Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Sumqayıt" matçı saat 14:00-da başlanacaq.