"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "Zirə" ilə səfər matçının hakimliyindən narazı qalıb. Sportnet.az-ın məlumatına görə, buna ilk yarının sonlarında Cavid İmamverdiyevin ikinci sarı vərəqədən sonra meydandan qovulması səbəb olub.
Baş hakim Fariz Yusifov həmin epizodda İmamverdiyevi simulyasiyaya yol verməsi səbəbindən qırmızı vərəqəyə "qonaq edib". Birinci hissə başa çatan kimi qapıçılar üzrə məşqçi Dmitri Kramarenko hakimlərə etirazını bildirib. Oyundan sonra isə baş məşqçi Əsgər Abdullayev narazılığını dilə gətirib. Onun sözlərinə görə, təcrübəli yarımmüdafiəçiyə qarşı müdaxilə olub: "Hətta müdaxilə olmasa belə, cərimə meydanından kənarda simulyasiyaya görə sarı vərəqənin göstərilməsi ağır qərardır".
Qeyd edək ki, məhz azlıqda qaldıqdan sonra - ikinci hissədə "Neftçi" 3 top buraxaraq, darmadağın olub - 0:3.









































































