1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Fariz Yusifov düzgün qərar verdi” – MÜSAHİBƏ
"Zirə”nin qapıçısı Kamal Bayramov "Neftçi”ni 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra müsahibə verib. Təcrübəli Qapıçı sportnet.az-n da suallarını cavablandırıb.
- Bir çoxları "Neftçi” üzərində böyükhesablı qələbənizi gözləmirdi. Bəs sənin üçün bu nəticə nə dərəcədə gözlənilməz oldu?
- Mən də bu hesabı gözləmirdim. "Neftçi” Azərbaycanın ən köklü klublarından biridir. Hansı vəziyyətindən asılı olmayaraq, ən güclülərdəndir. Bu rəqibə qarşı komandamız ən yaxşı şəkildə hazırlaşmışdı. Ən azı, yaxşı mübarizə aparmaq istəyirdik. Şükürlər olsun k, bu qələbəni qazandıq.
- Səncə, qələbənizdə həlledici nə oldu?
- Əsas rəqibin yox, özünüzün oyunudur. Onun üçün lazımı tapşırıqları yerinə yetirdik. Öz qol imkanımızadək səbrli olduq, oyun nizam-intizamını pozmadıq. Qələbədə bunlar əsas rol oynadı.
- Rəqib qələbədə həlledici məqam kimi qırmızı vərəqəni qeyd edir. Hesab edirlər ki, bunadək onlar tam üstünlüyə malik idilər. Sən nə dərəcədə bu fikirlərlə razısan?
- "Neftçi”nin qırmızı vərəqə alması bizə üstünlük yaratdı, bir az kömək oldu. Ancaq oyun sistemimiz pozulmadı. Həminki oyun sistemi ilə sonadək davam etdik. Öz qol imkanımızı səbrlə gözlədik.
- Həmin qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsən?
- Baş hakimin verdiyi qərara hörmətlə yanaşıram. Çünki Cavid İmamverdiyev ilk sıra vərəqəni almışdı, ikinci epizodu baş hakim Fariz Yusifov simulyasiya kimi dəyərləndirdi. Videoyazıya baxıb hər şeyi görəcəyik. Yəqin ki, baş hakimin qərarı düz olub.
- "Zirə”nin qapısını daha çox Anar Nəzirov qoruyur. Belə bir vacib oyunda start heyətində meydana çıxacağını gözləyirdin?
- Düzdür, çoxdandır oynamırdım. Türkiyədə təlim-məşq toplanışında zədə almışdım. Bir az çətinlik oldu. Çalışırıq ki, komandamıza kömək edək.
- "Qarabağ”la xal fərqiniz artıq 4-ə enib. Çempionluq uğrunda mübarizəniz nə dərəcədə realdır?
- Çempionat başlayandan qarşımızdakı vəzifə dəyişməyib – komandamız qoyulan tapşırıqları yerinə yetirməlidir. Rəqiblərimizin xal itirməsi-qazanması bizim üçün o qədər fərq eləmir. Bizim üçün əsas məsələ odur ki, verilən tapşırıqları vaxtında yerinə yetirək, xallarımızı qazanaq. Gələcəkdə qismət olarsa, hər şey ola bilər. Çempionluğa da oynaya bilərik. Hər şey qismətdən asılıdır.
- Qarşıda "Zirə"ni "Qəbələ" ilə ölkə kubokunda 1/4 final oyunları gözləyir. Komandanızın hər iki cəbhədə mübarizə aparmağa gücü çatacaqmı?
- Heyətimiz genişdir. Hər oyuna fərqli heyətlə çıxırıq. Buna görə məşqçilər korpusu bütün futbolçularımıza inanır. "Zirə”nin hər iki cəbhədə mübarizə aparacağına böyük inam bəsləyirəm.
- Heyətinizdə böyük dəyişiklər olsa da, oyununuz sabit qalır. Bnun səbəbini nədə görürsən?
- Ümumilikdə hamımıza eyni tapşırıq verilir. Hər kim başqa futbolçunu əvəzləsə də, tapşırıq hamıya eynidir. Çalışırıq ki, bunu yerinə yetirək. Düşünürəm ki, sistem dəyişsə də, hamı buna uyğun oynayır.
Mehman SÜLEYMANOV