1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL "Xəzər Lənkəran"a "yox" dedi
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək ilk oyunun vaxtını dəyişdirməyəcək. Sportnet.az məlumatına görə, bu barədə "Report"a qurumun texniki deportamentinin rəhbəri Zamiq Hüseynov açıqlama verib.
Lənkəran klubunun oyun saatının dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirən Z.Hüseynov qarşılaşmanın əvvəlcədən də təyin olunduğu kimi, saat 14:00-da başlayacağını bildirib: "Oyunun başlanma saatı hər iki tərəflə razılaşdırılıb. Digər tərəfdən, "Xəzər Lənkəran" müraciətində heç bir səbəb göstərməyib. Üstəlik, "Neftçi"yə də bu barədə heç bir müraciət edilməyib. Bunları nəzərə alaraq, deyə bilərik ki, oyunun başlama saatı dəyişdirilməyəcək".
"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu müraciətin səbəbini açıqlayıb: "Oyun 14:00-a təyin olunub. Ancaq azarkeşlər bizə vaxtın bir neçə saat irəli çəkilməsi üçün müraciət edirlər. Həm də baş məşqçinin istəyi də belədir. Bu səbəbdən biz də PFL-ə müraciət etmişik".
"Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov isə bildirib ki, onlara nə "Xəzər Lənkəran", nə də PFL-dən rəsmi müraciəti ünvanlanıb.