"Neftçi” 2 futbolçusunu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın "Dauqavpils” klubuna icarəyə verilb. Sportnet.az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, müqaviləyə görə hər iki futbolçu bu il iyunun 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcəklər. Orxan yarımmüdafiəçi, Mirabdulla isə hücumçudur.
Latviyanın yüksək liqasında çıxış edən komanda ötən çempionatı 6-cı yerdə bitirib. Bu ölkədə çempionat "yaz-payız” sistemi ilə keçirilir. "Dauqavpils” yeni mövsümdə ilk oyununu martın 13-də səfərdə "Metta” ilə keçirəcək. Heyətində 4 ukraynalı futbolçu olan klubun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlevsi qış transfer dövründə İtaliyanın "Peruca” klubu transfer edib.
Qeyd edək ki, həmyaşıd olan Mirabdulla ilə Orxan 1995-ci ildə dünyaya gəliblər. 21 yaşlı futbolçulardan Mirabdulla "Neftçi”nin əsas komandasında meydana çıxıb və hətta "CBC Sport kuboku”nda "Şərurspor” ilə matçda (3:2) dubl edib.

















































































