"Qarabağ" üstünlüya malikdir. Lakin hələ qarşıda oyunlar var və biz turnir cədvəlinin üst pilləsinə yüksələ bilərik". Sportnet.az-ın Braziliya mətbuatına istinadən məlumatın görə, bunu "Qəbələ"nin futbolçusu Dodo deyib.
Komandasının çempionluq şanslarını dəyərləndirən 29 yaşlı yarımmüdafiəçi liderliyin mümkünsüz olmadığını bildirib: "Ardıcıl qələbələr qazanmaq üçün çalışmalıyıq. İnanıram ki, bu mümkündür. Hazırda komandamda çox xoşbəxtəm. Mövsümü qızıl medalla başa vurub avrokuboklarda çıxış etmək istəyirik".
Qeyd edək ki, "Qəbələ" hazırda 38 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Azərbaycan Kubokunun 1/4 finalında isə komanda bu gün "Zirə" ilə qarşılaşacaq.









































































