1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aqil Məmmədova ikiqat cəza
"Neftçi"nin futbolçuları Azərbaycan Premyer Liqasının XXV tur matçında "Qəbələ"nin vurduğu bərabərlik qoluna etiraz ediblər. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın oyunçuları həmin epizodda qapıçıya qarşı qayda pozuntusu olduğunu əsas gətirərək baş hakim Ömər Paşayevin üzərinə hücum çəkiblər.
Narazılığı ən kəskin şəkildə bildirən isə qapıçı Aqil Məmmədov olub. Bu, ona sarı vərəqə bahasına başa gəlib. Beləliklə, Məmmədov 4-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. O, növbəti turda AZAL-la səfər matçını buraxacaq.
Ancaq qapıçının hirsi bununla soyumayıb. "Neftçi" "Qəbələ"nin qarşısında cərimə zərbəsi vurarkən qapısını buraxıb meydanın mərkəzinə tərəf gəlib və etirazını bu dəfə yan xətt hakimi Vaqif Musayevə bildirib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.