1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Eyubov: "Heç-heçəyə oynamayacağıq"
Qələbə topunun müəllifi olan 24 yaşlı yarımmüdafiəçi nəticədən razılıq ifadə edib: "Düşünürəm ki, 3 xalı xarakter hesabına qazandıq. Matça taktiki cəhətdən daha hazırlıqlı idik. Bu da özünü göstərdi. Əvəzetmə zamanı baş məşqçi məndən hücumda oynaya biləcəyimi soruşdu. Mənim üçün ön xətdə yer almağım gözlənilməz deyildi. Əsas olan oynayıb, komandama kömək etməyimdir. Mənim üçün hansı mövqedə yer almağım yox, meydana çıxıb, uğurlar qazanmaqda pay sahibi olmağım vacibdir. Qol epizoduna gəlincə, lazım olan anda, lazım olan yerdə qərarlaşdığımdan fərqlənə bildim".
Qarşıda "Qəbələ"ni Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" ilə cavab görüşü gözləyir. Bakıdakı qarşılaşmada "qırmızı-qaralar" 2:1 hesablı qələbə qazanıb. Eyubov əsas məqsədlərinin yarımfinala adlamaqdan ibarət olduğunu vurğulayıb: "Bunun öhdəsindən gəlməyə çalışacağıq. Səfərdəki ilk qarşılaşmada qalib gəlsək də, cavab oyununda heç-heçəyə oynamayacağıq. Görüşə qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, "Neftçi” ilə oyunda rəqib qapısına yol tapan hər iki futbolçu "qırmızı-qaralar”ın heyətində ilk dəfə fərqlənib. Buna 76-cı oyununda nail olan Rafael Santos klub tarixinə qol vuran 102-ci, Rəşad Eyubov isə 103-cü futbolçu kimi düşüb. Eyubov qol hesabını 7-ci matçda açıb. Bu iki oyunçu Premyer Liqada qol sevinci yaşayan "Qəbələ”lilərin sayını 79-a çatdırıb.