Hazırda davam edən AZAL - "Neftçi" matçında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki də iştirak edir. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis oyunu köməkçiləri, AFFA-nın Texniki Departamentinin rəisi Bernhard Lippert və U-21 yığmasındakı həmkarı Yaşar Vahabzadə ilə birgə izləyir.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da "AZAL Arena"dadır.
Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0.













































































