1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Nəticələrimiz pis deyil ki, baş məşqçi dəyişikliyi olsun"
"Son 18-19 gündə 6-cı oyunumuzu keçiririk. Komanda yorğun görünürdü. Yaxşı ki, qalib gəldik. Yenə zədələr seriyası başladı. Qara Qarayev və Laşa Salukvadze zədələndi". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Z.Svanadze Azərbaycan Premyer Liqasının XXVI turunda "Rəvan"la keçirilmiş oyundan sonra bunları bildirib: "Qarşıda istirahət etmək üçün vaxt olacaq. Bu müddətdə inanıram ki, zədəlilər sıraya dönəcək. Rauf Əliyev fərdi məşqlər edir. Növbəti oyuna çıxmayacağı dəqiqdir. Amma məşqlərindən razıyıq. Laşa və Qaranın durumu isə MRT müayinəsindən sonra məlum olacaq. Nizami Hacıyev bu ay meydanda olmayacaq. Əvəzedici heyətdən əsas komandaya cəlb olunası futbolçular var, amma ad açıqlamaq istəmirəm".
Gürcüstanlı mütəxəssis komandada baş məşqçi dəyişikliyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bu barədə rəhbərliklə heç bir söhbət olmayıb. Hazırda üçüncü yerdə gedirik və nəticələrimiz pis deyil ki, baş məşqçi dəyişikliyi olsun".
Qeyd edək ki, "İnter" - "Rəvan" oyunu 3:1 hesabı ilə başa çatıb.