1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şadam ki, "Neftçi"nin tarixinə düşdüm"
"Çox xoşbəxtəm ki, qol vurdum. Çünki 7-8 aydır vura bilmirdim. Belə durum mənim üçün sıxıntılı idi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Nikolas Kanales səfərdə AZAL-la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
Bərabərlik qolunun müəllifi komandasının çoxlu qol imkanlarından yararlana və bu səbəbdən, qalib gələ bilmədiyini vurğulayıb.
Çilili hücumçu onu da deyib ki, "Neftçi"nin 1200-cü qolunun müəllifi olması faktından xəbərsizdir: "Bunu sizdən eşidirəm, mənim üçün çox sevindirici oldu. Şadam ki, "Neftçi"nin tarixinə düşdüm. Növbəti əlamətdar qolların müəllifi olmağa çalışacağam".
Qeyd edək ki, əvvəllər 2 dəfə "Neftçi"də forma geyinmiş Nikolas Kanales Azərbaycan Premyer Liqasında 10 aylıq fasilədən sonra fərqlənib.