
"Bir komandaya qarşı ardıcıl 3 oyun keçirəndə futbolçularda bir az psixoloji problemlər ola bilər. Ancaq bu, əngəl olmadı və bizim üçün vacib oyunda mühüm 3 xal qazandıq”. Sportnet.az-ın məlumatına görə, bunu "CBC Sport”a açıqlamasında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, "Sumqayıt”la ardıcıl matçlada qələbələrdə yetirmələrinin böyük istəyininin həlledici rol oynadığını söyləyib: "Futbolçular çox yaxşı başa düşdülər ki, hər bir oyun, qələbə bizi çempionluğa bir addım da yaxınlaşdırırır. Futbolçularımı təbrik edirəm. Sonadək hücumlar qumağa çalışdılar. Şükürlər olsun ki, sonda 3 xal bizim oldu”.