Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la oyundan (2:0) sonra istirahətə buraxılan "Kəpəz" bu gün bir araya gələcək. Sportnet.az-ın məlumatına görə, komanda "Neftçi" ilə səfər oyununa Bakıda hazırlaşacaq.
Gəncə təmsilçisi həftə içi hər gün saat saat 12:00-da məşqə çıxacaq. "Sarı-göylər" oyunöncəsi son məşqini "Bakcell Arena"da keçirəcək.
Qeyd edək ki, "Neftçi" – "Kəpəz" görüşü martın 19-u saat 18:00-da başlayacaq.













































































