"Kəpəz” Premyer Liqasının XXVI turunda qarşılaşacağı "Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, tarixi derbiyə həftəlik plan üzrə hazırlaşan Gəncə klubunun heyətində zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən məqamlardandır. "Xəzər Lənkəran”a qarşı matçdan sonra yüngül zədəsi olan kapitan Tural Axundovun artıq vəziyyəti yaxşıdır Müdafiəçinin martın 19-da keçiriləcək səfər görüşündə iştirakı sual doğurmur. Sarı vərəqə limiti səbəbindən Lənkəran təmsilçisi ilə oyunu buraxan Şəhriyar Əliyev ilə Şəhriyar Rəhimov da cəza müddətini başa vurublar. Adaş olan müdafiəçilər "Neftçi” ilə matçda komandaya kömək edə biləcəklər.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |