Bu gün Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçiriləcək "Neftçi" - "Kəpəz" matçında qonaq komandanı ən azı 100 azarkeş dəstəkləyəcək. Gəncəli azarkeşlərin Sportnet.az-a verdikləri məlumata görə, "Nizami yurdu"ndan paytaxta 50-dək fanat yola çıxıb.
Onlar "Xəmsə" və "Kəpəz Ultras" fan-klublarının üzvləridirlər. Həmçinin, Bakıdan da bu qədər azarkeşin onlara qoşulacağı bildirilir.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 18:00-da başlanacaq.









































































