"Qəbələ"nin futbolçusu Dodo zədələnib. Sportnet.az-ın məlumatına görə, braziliyalı Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ"la keçirilən oyunu sona qədər davam etdirə bilməyib.
Kapitan matçın 89-cu dəqiqəsində ayağından zədələnərək yerini Rikardinyoya verib.
Qeyd edək ki, oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.







































































