"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis rəqibdən zəif olduqlarını etiraf edib...
- Bu gün ilk dəfə uduzduğumuz oyun idi. Rəqib bizdən güclü idi. Rəqibi təbrik etməliyik. Bu gün "Qarabağ" bizdən güclü idi. Təbrik edirik.
- Arif Daşdəmirovun hər iki qolda səhvi olsa da, 90 dəqiqə meydanda qaldı. Onun sonadək qalmasının səbəbi nə idi?
- Bu fikirlə razıyam. Cinah oyunçuları bir çox səhvə yol verdi. O cümlədən, Daşdəmirov. Amma bir nəfəri günahlandırmaq olmaz. Futbolda səhvlər olur. Belə səhvlərlə müsbət nəticə barədə danışmaq düşgün deyil.
- Bu nəticədən sonra çempionluğu itirdiyinizi demək olarmı?
- Hər zaman realist olmalı, eyni zamanda inanmalıyıq. Bugünkü oyunla "Qarabağ"ı qələbəyə layiq sayırıq. Sadəcə, bu gün "Qarabağ"ın birinci yeri itirəcəyinə əsas görmürəm. Biz irəlidəki oyunu düşünməli, bu matçı analiz etməliyik. Çempionluğu əldən verdiyimizi demək olmaz. Qlobal şəkildə düşünməyək.
- Hücumlarınızın alınmamasının səbəbini nədə görürsünüz?
- Komanda qələbə qazanmaq istəyirsə, hücum etməlidir. "Qarabağ"la oyunda müdafiə barədə düşünmək bizim düşüncəmiz deyil. Hücumumuzun alınmamasının səbəbi başlanğıcda çoxlu səhv buraxmağımızdır. Top itiririksə, rəqib daha asan oynayır, topu bizim tərəfdə ələ keçirir.
- Dodonun bu mövsüm tez-tez zədə almasının səbəbini nədə görürsünüz?
- Biz də bunu özü ilə söhbət etmişik. Dodo da belə zədələrin sayını azaltmalıdır. Özü də Zədəsi ciddi deyil. Köhnə zədədən qayıdan idmançılar üçün tam formada olmağa zaman tələb olunur.
- Qeyri-stabil çıxışınızın səbəbini nədə görürsünüz?
- Oyun olaraq, çıxışımız sabitdir. Amma nəticə baxımından, stabil deyil.