
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son 2 oyun Bakıda və Lənkəranda keçiriləcək.
Hazırda 5-ci yerdə olan "İnter” turnir cədvəlində 3-cü pilləni ələ keçirmək imkanına malikdir. Hər halda, "bankirlər”in aiysayderlərdən olan "Xəzər Lənkəran”la səfər matçında 3 xal qazanmaq şansı böyükdür. Çünki rəqib qış fasiləsindən sonra çempionatda nə qələbə qazana, nə də qol vura bilib.
İkinci pillənin sahibi olan "Zirə” "Qarabağ”la çempionluq uğrunda mübarizəsində şansını saxlamaq üçün bu gün mütləq qalib gəlməlidir. Adil Şükürovun yetirmələri buna nail olacaqları halda ən yaxın izləyicisi ilə xal fərqini də artırmış olacaqlar. AZAL-ın da Avropa Liqasına qalıtmaq iddiası var. Tərlan Əhmədovun yetirmələri ən yaxın izləyicisi "Neftçi”nin məğlubiyyətindən maksimum istifadə etməlidir. "Zirə” ilə AZAL ölkə kubokunu da nəzərə almaqla, cari mövsümdə artıq 4-cü dəfə üzləşəcəklər. Debütant 1/8 finalda "təyyarəçilər”ə səfərdə 2:1 hesabı ilə qalib gələrək onu mübarizədən kənar qoyub.
Bu turdan sonra Azərbaycan milli komandasının Antalyada təlim-məşq toplanışı ilə əlaqədar çempionatda 10 günlük fasilə yaranacaq.
20 mart (bazar)
"Xəzər Lənkəran” – "İnter” - 0:1
Qol: Nika Kvekveskiri, 29
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Murad Məmmədov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 13:30
"Zirə” – AZAL - 4:2
Qol: Rəşad Abdullayev, 9, Elvin Məmmədov, 58, Yovan Krneta, 81, Nurlan Novruzov, 90+3 - Aydın Qasımov, 29, Ruslan Nəsirli, 70
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis
Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Fazil Mürşüdov
Zirə İdman Kompleksinin stadionu, 15:30
Qeyd edək ki, oyunlar "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.