"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasında "İnter"lə bugünkü oyunu şərh edib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis məğlubiyyətin (0:1) səbəblərini açıqlayıb: "Baxımlı oyun alındı. Rəqibdən üstün futbol oynasaq da, qələbə qazanmağı bacarmadıq. Ən böyük problemimiz hücum xətti ilə bağlıdır. Hücum xətti ən yaralı yerimizdir. Sadəcə, təcrübə çatışmır. Qol vəziyyətlərimiz olsa da, bunun öhdəsindən gələ bilmirik”.
Mənbə: Futbolinfo.az









































































